12 
İyl
2017
10:40
414
108
34560
Virtual karabakh

DYP-nin şöbə rəisinin oğlu “Range Rover”lə qəzaya düşdü – FOTO + YENİLƏNİB

12 İyl, 2017
10:40
34560

DYP-nin şöbə rəisinin oğlu “Range Rover”lə qəzaya düşdü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən təcili yardım maşını vasitəsilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, hazırda yaralının müalicəsi davam etdirilir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Rafiq Abbasovun bacısı oğludur.

02:30

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, “Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “KamAZ” markalı texniki xidmət avtomobilinə arxadan çırpılıb. 

FHN xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.  

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.  

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri