12 
İyl
2017
17:25
263
30
8851
Virtual karabakh

Sürücü DYP-ni ittiham etdi – VİDEO

12 İyl, 2017
17:25
8851

Sürücü DYP-ni ittiham etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sürücü Dövlət Yol Polisi əməkdaşlarını qanunsuz hərəkətlərdə ittiham edib.

Oxu.Az Azxəbər.com-a istinadən xəbər verir ki, Bəhruz Gülmalıyev adlı sürücü bildirib ki, onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparıblar: “Mən, “Kio Rio” markalı, 99-XV-732 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Gülmalıyev DYP əməkdaşından şikayətçiyəm. 

Mən iyulun 4-də istirahət üçün Xaçmaz rayonunun Nabran kəndinə getmişdim və orada idarə etdiyim avtomobilin ön nömrə nişanı müəmmalı şəkildə itdi. Bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət etdim. Nömrəni tapa bilməyən Xaçmaz polisi iyulun 5-də mənə nömrənin itməsi ilə bağlı arayış verdi və orada qeyd edildi ki, 10 gün müddətində bu arayışla avtomobilimi idarə edə bilərəm”.

DYP-nin verdiyi arayışa arxayın olan Bəhruz Gülmalıyev Bakıya gələrkən problemlə üzləşib: “Yolda bir neçə dəfə dövlət yol polisi məni saxladı. Hər dəfə verilən arayışı gördükdən sonra mənə yoluma davam edə biləcəyimi dedilər. Növbəti gün, yeni dövlət nömrə nişanı almaq üçün DYP-yə gedərkən Orxan adlı DYP (99-YP-487) əməkdaşı məni saxladı. DYP əməkdaşı mənə bildirdi ki, Xaçmaz Rayonu Polis İdarəsinin mənə verdiyi arayış keçərsizdir və avtomobil mütləq cərimə meydançasına aparılmalıdır”.

Böyük mübahisədən sonra avtomobil cərimə meydançasına aparılıb.

B.Gülmalıyevdən cərimə adı ilə 50 manat alınsa da, heç bir qəbz təqdim edilməyib: “O, mənim avtomobilimi cərimə meydançasına apardı və orada məndən 50 manat aldılar. Ancaq qəbz vermədən məni buraxdılar. Mən anlaya bilmirəm ki, bu, necə ola bilər? Bununla bağlı hər yerə şikayət etmişəm və məsələnin axırına qədər gedəcəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri