14 
İyl
2017
11:09
9
137
3946
Virtual karabakh

Bakı-Qazax yolunda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən var

14 İyl, 2017
11:09
3946

Bakı-Qazax yolunda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı  kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri