14 
İyl
2017
13:03
141
8
2276
Virtual karabakh

Masazır və Ceyranbatanda yeni yerüstü piyada keçidləri inşa olunub - FOTO

14 İyl, 2017
13:03
2276

Masazır və Ceyranbatanda yeni yerüstü piyada keçidləri inşa olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81.4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40.5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5.5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.  

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri