14 
İyl
2017
18:27
14
168
2318
Virtual karabakh

Qobustanda avtomobil aşıb, yaralılar var

14 İyl, 2017
18:27
2318

Qobustanda avtomobil aşıb, yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ceyhun Kərimov idarə etdiyi “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ziyafət Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri