20 
İyl
2017
10:40
41
664
30927
Virtual karabakh

Bakıda polis polkovnikinin oğlu piyadanın üstündən keçdi: Ölən şəxs kimdir? – YENİLƏNİB

20 İyl, 2017
10:40
30927

Bakıda polis polkovnikinin oğlu piyadanın üstündən keçdi: Ölən şəxs kimdir? – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda rəisin oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxs kimdir? - ADI AÇIQLANDI

İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun vurub 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlunun sürdüyü "Porsche"nin altına atdığı piyadanın 1975-ci il təvəllüdlü Musayev Mirmehdi Soltanəli oğlu olması müəyyən edilib. Onun meyiti ailəsinə təhvil verilib. 

Qeyd edək ki, “Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

10:40

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı, “Mercedes Sprinter” markalı avtomaşının sürücüsü sərxoş halda yolu keçməyə çalışan kişini vurub. 

Zərbənin təsirindən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn, 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

“Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov unikal.org-a açıqlamasında bildirib ki,  oğlu hadisə ilə bağlı hazırda istintaqa ifadə verir: “Əvvəla, oğlum icarəyə götürdüyü “Porsche Cayenne” markalı avtomobillə qəza törədib. O gecə işə gedən zaman hadisə baş verib. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb bunun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiniz. Hazırda oğlum istintaqa ifadə verir. Mən özüm iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək”.

Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus “Hyundai ix20” markalı avtomobili var: “Bunu gedib yoxlatdıra da bilərlər”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri