20 
İyl
2017
00:45
20
167
5809
Virtual karabakh

Bakıda tuneldə “KamAZ” benzin daşıyan yük maşınına çırpıldı – FOTO

20 İyl, 2017
00:45
5809

Bakıda tuneldə “KamAZ” benzin daşıyan yük maşınına çırpıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Ziya Bünyadov küçəsindəki tuneldə iki yük maşını toqquşub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, “Baku Steel Company” MMC-yə məxsus olan və dəmirlə yüklü “KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. 

Qəza nəticəsində “KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.

Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan “KamAz” yolun hərəkət hissəsini bağlayıb. Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun “Qələbə” və “20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.

Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri