21 
İyl
2017
09:38
11
364
5990
Virtual karabakh

Gəncədə ağır qəza: Ana və övladı öldü – YENİLƏNİB

21 İyl, 2017
09:38
5990

Gəncədə ağır qəza: Ana və övladı öldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. 

Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

20.07.2017

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 

“Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlunu vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə çırpılıb. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri