22 
İyl
2017
09:44
13
162
5688
Virtual karabakh

Yasamalda fikirli sürücü qəza törətdi – FOTO

22 İyl, 2017
09:44
5688

Yasamalda fikirli sürücü qəza törətdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəzanı Abbasov Emin Elçin oğlu törədib.

O, “99-BB-866” dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobildə Hüseyn Cavid prospekti ilə hərəkətdə olarkən H.Cavid parkının ətrafındakı dairəyə daxil olmaq əvəzinə, “Elmlər Akademiyası” metrostansiyası istiqamətində gedib.

Nəticədə “Hyundai” qarşıdan gələn və Hüseynov Mətin Adil oğlunun idarə etdiyi “Audi” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, “Audi” markalı avtomobilə ziyan dəyib.

Hadisəni törədən sürücü Yol Patrul Xidməti əməkdaşlarına fikirli olduğu üçün idarəetməni itirdiyini bildirib. Buna baxmayaraq, yol polisi əməkdaşları hadisəni törədən sürücünü sərxoşluğun yoxlanılması məntəqəsinə aparıblar. Müayinə zamanı onun sərxoş olmadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri