22 
İyl
2017
11:33
14
304
7356
Virtual karabakh

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi: 4 ölü, 2 yaralı - VİDEO + FOTO

22 İyl, 2017
11:33
7356

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi: 4 ölü, 2 yaralı - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub, 4 tələbə ölüb.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sürətlə hərəkət edən minik avtomobili yolun ortasında dayanmış TIR-a arxadan çırpılıb. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Həlak olanların dördü də tələbə idilər.

Kayseri-Kuzey dairəvi yolda baş verən qəzada 38 ZU 010 dövlət nişanlı minik avtomobili  90-JO-998 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb.

Qəzada Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk aldığı xəsarətlərdən hadisə yerində ölüb.  Ağır yaralanan sürücü Çetiner ve Muhammet Tatlı  təcili yardımla xəstəxanaya aparılıblar.

TIR-ın sürücüsü Azərbaycan vətəndaşı Rahim Bədəlov saxlanılıb. O, yol kənarında səmti göstərən lövhələrə baxaraq gedəcəyi yönü tapmaq üçün durduğunu, bu zaman arxadan sürətlə gələn avtomobilin onun TIR-ına çırpıldığını söyləyib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri