24 
İyl
2017
17:07
26
249
8357
Virtual karabakh

Bakı-Astara yolu inanılmaz durumda – VİDEO

24 İyl, 2017
17:07
8357

Bakı-Astara yolu inanılmaz durumda – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsi yararsız hala düşüb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Biləsuvarın girişində tikintisi yarımçıq qalan körpüdən başlayaraq təxminən 6-7 km yol dağılıb. Həmin hissədə sürət həddi 90 km/saat olsa da, avtomobillər 10-20 km/saat sürətlə hərəkət edə bilirlər. Yolun bərbad vəziyyətdə olması hərəkəti çətinlədirməklə yanaşı, avtomobillərə də zərər vurur. Eyni zamanda, təxminən 10 gün əvvəl çökən Mahmudçala ərazisindəki körpü hələ də təmir edilməyib. Körpüyə alternativ olaraq yaradılan yardımçı yolda kanala doğru sürüşmə baş verib.

Yolun bu vəziyyətə düşməsinə səbəb isə həmin ərazidə tikinti işlərinin aparılmasıdır. Bu işə cəlb edilən ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkəti uzun müddətdir əsaslı təmir olunmayan asfaltın dağılmasına səbəb olub.

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, ilin sonuna kimi dağılan yolun əsaslı təmiri nəzərdə tutulmayıb: “Yolun vəziyyəti ilə bağlı məlumatımız var, yolun saxlanılması üçün cari təmir işləri aparılır. Amma həmin yolun istismar müddəti başa çatıb, onun əsaslı şəkildə yenidən qurulması nəzərə tutulur. Lakin bunun indi edilməsi qənaətbəxş olmaya bilər. Ona görə də bu ilin sonu, gələn ilin əvvəlində yeni yolun tikintisi başa çatdıqdan sonra bu yolun da əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri