25 
İyl
2017
12:24
159
31
1998
Virtual karabakh

Azərbaycan velosiped yolları olacaqmı?

25 İyl, 2017
12:24
1998

Azərbaycan velosiped yolları olacaqmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni layihələrin icrasında velosiped zolaqlarının salınması nəzərdə tutulub”.

Oxu.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur: “Ümumiyyətlə, şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Çünki küçələrin darlığı buna imkan vermir. Amma şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsi labüddür. Gələcək layihələrimizdə nəzərdə tutmuşuq”.

A.Nəcəfli beynəlxalq praktikaya əsasən bildirib ki, velosiped zolaqları çəkilərkən zərurətin olması, hərəkətin intensivliyi, yolun genişliyi və s. araşdırılır: “Məsələn, Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər. Amma şəhərin mərkəzi, dar küçələrində bir qədər çətindir. Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur.Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək”.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri