26 
İyl
2017
02:58
10
145
5806
Virtual karabakh

Qazaxda ağır qəza: Ölən var

26 İyl, 2017
02:58
5806

Qazaxda ağır qəza: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

“Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb. 

Qəza zamanı “Opel”in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri