26 
İyl
2017
10:36
16
143
6931
Virtual karabakh

Heydər Əliyev prospektində qəza: Tıxac yaranıb – YENİLƏNİB

26 İyl, 2017
10:36
6931

Heydər Əliyev prospektində qəza: Tıxac yaranıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev prospektində sürət həddi əvvəlki səviyyəyə qaytarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsindən sonra zolaqlardan birində sürət həddi 90 km/saatdan 60 km/saata endirilmişdi. Hazırda isə sürət həddi əvvəlki səviyyəyə, yəni 90 km/saata qaytarılıb. 

09:40

Bü gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Hadisə ilə əlaqədar prospektin metronun “Koroğlu” stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.

Hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri