26 
İyl
2017
12:24
11
187
8665
Virtual karabakh

Salyanda ağır yol qəzası: Ölən və yaralananlar var – VİDEO – FOTO + YENİLƏNİB

26 İyl, 2017
12:24
8665

Salyanda ağır yol qəzası: Ölən və yaralananlar var – VİDEO – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “Mercedes” markaklı avtomobilin sürücüsü, Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov ölüb.

Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, Telman Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva yaralanıb.

11:06

Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri