26 
İyl
2017
11:22
9
223
4400
Virtual karabakh

Azərbaycanda salınan yolların keyfiyyəti ilə bağlı AÇIQLAMA + FOTO

26 İyl, 2017
11:22
4400

Azərbaycanda salınan yolların keyfiyyəti ilə bağlı AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır.

Bu barədə Oxu.Az-a ASC-dən məlumat verilib.

Avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması Cəmiyyətin “Azəryolelmitədqiqatlayihə” İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.

Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümunələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi aktlaşdırılaraq “Azəravtoyol” ASC-yə təqdim edilir.

Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud normalardan kənara çıxma halları) olarsa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi “Azəravtoyol” ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri