26 
İyl
2017
11:39
7
229
2877
Virtual karabakh

Üç yaşlı qız qəzada öldü

26 İyl, 2017
11:39
2877

Üç yaşlı qız qəzada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

Ağdaşın Şəmsabad kənd sakini Hacıyev Muxlis Oqtay oğlu 10-KV-122 dövlət nömrə nişanlı, “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan azyaşlını, 2014-cü il təvəllüdlü Mirzəliyeva Şəlalə Rasim qızını vurub.

Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri