27 
İyl
2017
15:04
25
176
8933
Virtual karabakh

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşdü – VİDEO

27 İyl, 2017
15:04
8933

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobus sürücüsü (“BakuBus”) ilə sərnişin arasında mübahisə düşüb.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, iyulun 20-si, saat 22:00 radələrində “BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb.

Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.

Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri