27 
İyl
2017
17:07
10
147
2512
Virtual karabakh

Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü

27 İyl, 2017
17:07
2512

Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib.

Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri