Avq
2017
20:42
39
437
16485
Virtual karabakh

Həkim “Gelandewagen”in törətdiyi dəhşətli qəzada xəsarət alanların vəziyyətindən danışdı

5 Avq, 2017
20:42
16485

Həkim “Gelandewagen”in törətdiyi dəhşətli qəzada xəsarət alanların vəziyyətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi  “Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və  prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.

Oxu.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün “Baku Medikal Plaza”
ya köçürülüblər.

Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimin müavini Lalə Şəkərova ilə əlaqə saxladıq. O, açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:

“Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri