Avq
2017
09:29
91
716
32215
Virtual karabakh

Yol polisi sürücüyə şillə atdı – VİDEO + YENİLƏNİB

9 Avq, 2017
09:29
32215

Yol polisi sürücüyə şillə atdı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol polisi onu çəkən sürücüyə mane olur. Çəkilişi dayandırması üçün fiziki müdaxilə edir. Görüntülər İsmayıllı-Qəbələ yolundandır. Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sürücü iddia edir ki, yol polisi əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozuntusunu sübut etməsini istəyiblər. Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər yol polisi ilə sürücülər arasında belə hallara tez-tez rast gəlinir. Sürücülər və ya onların yanındakı sərnişinlər yol polisini xidmət başında, xüsusilə də, onları saxlayanda çəkir və videonu sosial şəbəkələrdə paylaşırlar. Bəs qanunla necə, sürücünün və yaxud onun yanındakı sərnişinin polisi çəkib paylaşması düzgündürmü? Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hər bir vətəndaş mobil telefon və yaxud kamera vasitəsilə polisi çəkə bilər. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz.

Ekspert deyir ki, polis bu cür çəkilişlərə fikir verməməlidir. Əksinə, o, sürücüyə pozduğu qaydanı ətraflı izah etməklə protokolunu yazıb yola salmalıdır.

Qeyd edək ki, istənilən patrul avtomobilindəki kameralar və polisin xüsusi cihazı da sürücünü həm çəkə, həm də səsini aydın yaza bilir.

 

08.08.2017 (13:05)

İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, yol polisi sürücü çəkiliş apararkən kamerasına vurub.

Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər.

Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri