12 
Avq
2017
21:36
24
310
12722
Virtual karabakh

Rusiyada bahalı avtomobillərlə ölüm gətirən məmur övladları... – FOTO

12 Avq, 2017
21:36
12722

Rusiyada bahalı avtomobillərlə ölüm gətirən məmur övladları... – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəzifəli şəxslərin, dövlət məmurlarının reputasiyası, onların xalq arasındakı imici belə şəxslərin ailə üzvlərinin ictimaiyyət arasındakı davranışı, hərəkətlətləri ilə də müəyyən olunur. Zaman-zaman vəzifəli şəxslərin övladlarının, qohumlarının lüks avtomobillərdə yüksək sürətlə törətdikləri qəzalar ictimaiyyətin gündəmini zəbt edirdi. Xüsusən qəza ağır nəticələrə səbəb olduqda, bunun müqabilində yüngül cəza aldıqda ictimai qınaq kəskin olur.

Bu kimi neqativ hallar Azərbaycanla yanaşı, qonşu ölkələrdə də baş verir.

Oxu.Az modern.az-a istinadən Rusiyada son illər yüksək vəzifə sahiblərinin yaxınlarının törətdikləri ağır qəzaların xronologiyasını təqdim edir.

Aleksey Soskovets

Rusiyanın keçmiş baş naziri Oleq Soskovetsin oğlu

28 fevral 1999

Aleksey Soskovets Mercedes-320 avtomobili ilə Rublev-Uspensk şossesində yolu keçən 3 tacik işçini vurmuşdu. Sürət yüksək olduğundan hər 3 işçi hadisə yerindəcə həlak olmuşdu. Həmən gün baş nazirin müavinin oğlu avtomobilinin oğurlanması barədə polisə müraciət etmiş və avtomobil hadisədən bir qədər kənarda meşə massivində tapılmışdı. Avtomobildə bütün barmaq izləri professionalıqla silinmiş olduğu üçün Soskovets cinayət işinə cəlb olunmadan azadlığa buraxılmışdı.

Oleq Soskovets bu gün Rusiya İstehsalçılar İttifaqının sədridir.

Aleksandr Rutskoy

Kursk vilayəti qubernatoru Aleksandr Rutskoyun oğlu

21 yanvar 1998

Atası ilə eyni adı daşıyan qubernator oğlunun Jeep Grand Cherokee avtomobili Kursk şəhərinin mərkəzində qadını vuraraq öldürmüşdü. Sonradan avtomobildə Aleksadnr Rutskoy ilə yanaşı, daha 2 kişi və 2 qadın sərnişinin də olduğu bildirilmişdi. İstintaq zamanı həmin şəxslərdən biri avtomobili özünün idarə etdiyini demişdi və buna görə qubernator oğlu məsuliyyətə cəlb olunmamışdı. Hadisədən sonra 2000-ci ildə Kurs vilayəti qubernatorluğu uğrunda mübarizə zamanı atası Rutskoyun namizədliyi son anda qeydiyyata alınmamışdı. Buna baxmayaraq o, 2016-cı ildə Rusiya Dövlət Dumasının deputatı seçilib.

Aleksandr İvanov

Rusiya müdafiə naziri Sergey İvanovun oğlu

20 may 2005

Rusiyanın o zamankı müdafiə naziri Serqey İvanovun oğlu Aleksandr Moskvanın Lobaçevski küçəsində 68 yaşlı Svetlana Beridzeni piyada keçidinin qarşısında vurmuşdu. Qəzanın şahidləri avtomobilin 100 kilometr sürətlə hərəkət etdiyini və toqquşma məqamında sürətini azaltmadığını bildirmişdilər. 2005-ci ilin noyabrında ekspertiza qəzanın texniki baxımdan qarşısıalınmaz olduğunu bildirib. Bu əsnada cinayət işinə də xitam verilib.

Məsuliyyətdən yayınan Aleksandr İvanov 2014-cü ildə Dubayda dənizdə çimərkən boğulub.

Ramil Minnixanov

Tatarıstan Yol Polisi İdarəsinin rəisi Rifkət Minnixanovun oğlu və ölkə prezidenti Rüstəm Minnixanovun qardaşı oğlu

28 mart 2014

Tatarıstanın Almetyevsk şəhərində Ramil Minnixanovun Land Rover markalı avtomobili ilə avtobus dayanacağında duran 16 yaşlı Aleksandr Trofimovu vurmuşdu. Ekspertiza qəza zamanı sürücünün qəzadan qaçmağa mümkün olmadığını bildirib.

Bir müddət sonra, Rifkət Minnixanov oğlunun mərhumun ailəsi ilə görüş keçirildiyini və övladının hadisəyə görə üzr istədiyini bildirib.

Roman Korolyov

Lipetsk vilayətinin qubernatoru Oleq Korolyovun oğlu

26 sentyabr 2016

Wolkswagen Touareg avtomobili ilə hərəkət edən Roman Korolyov yolu keçmək istəyən 57 yaşlı qadını vuraraq öldürmüşdü. Faktla bağlı cinayət işi açılmış, hadisə zamanı prokuror köməkçisi vəzifəsini daşıyan Roman Korolyov vəzifəsindən kənarlaşdırılmışdı.  Lakin sonradan o yenidən prokurorluq orqanlarında işə bərpa olunmuşdu.

Oleq Korolyov hazırda da Lipetsk vilayətinin qubernatorudur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri