Avq
2017
20:57
16
145
8413
Virtual karabakh

Bakıda yolda həyəcanlı anlar – VİDEO

8 Avq, 2017
20:57
8413

Bakıda yolda həyəcanlı anlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, paytaxtın Xətai rayonunda yaşanan hadisə ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub.

Görüntülər Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsindəndir.

Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan nəqliyyat vasitələri daim bu ərazidən keçdiyini deyiblər.

Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib. 

Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan nəqliyyat vasitələri elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri