Avq
2017
02:34
14
186
4534
Virtual karabakh

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib – YENİLƏNİB

9 Avq, 2017
02:34
4534

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş verən ağır yol qəzasında yaralananların adları açıqlanıb. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, yaralanan şəxslər aşağıdakılardır: 

Gədəbəy rayon Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Şirinov Rauf Zahid oğlu
Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü, Əsgərzadə Samir Füzuli oğlu,
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu,
Şəmkir rayon sakini, 1984-cu il təvəllüdlü Həsənov Ceyhun Cavad oğlu.

Qəza zamanı həlak olan Zahid Şirinov Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi olub. 

00:34

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, həmçinin “Mercedes”də olan 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri