Avq
2017
12:34
7
413
18746
Virtual karabakh

Bakı yaxınlığında dəhşətli qəza: İki uşaq öldü – VİDEO + FOTO – YENİLƏNİB

9 Avq, 2017
12:34
18746

Bakı yaxınlığında dəhşətli qəza: İki uşaq öldü – VİDEO + FOTO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Novxanıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də, saat 20.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri iki “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Seyidovun sərnişinlərindən azyaşlı qızları GülçöhrəMehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

09:56

Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 azyaşlı uşaq ölüb.

1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmudzadə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Altı yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır: “50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərxoş olması barədə məlumatlar isə həqiqəti əks etdirmir”.

02:33

Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.

Dövlət Yol Polisi əməkdaşlarının verdikləri məlumata görə, qəzaya səbəb 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, sözügedən avtomobili sərxoş sürücü idarə edib. 

O, avtomobili yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Bu zaman qəza baş verib.

Sərxoş sürücü artıq saxlanılıb.

{gallery}

01:33

Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə ölüb.

1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri