Avq
2017
12:37
17
222
8511
Virtual karabakh

“BMW”-nin vurduğu velosipedçilərdən biri millinin üzvü olub – FOTO + YENİLƏNİB

9 Avq, 2017
12:37
8511

“BMW”-nin vurduğu velosipedçilərdən biri millinin üzvü olub – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) velosipedçilərin vurulması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 8-də, saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif AbdullayeviFidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

10:05

Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində Tağıyev Şakir Zülfi oğlunun idarə etdiyi “BMW” markalı avtomobillə vurduğu velosipedçilərdən biri milli komandanın keçmiş üzvü Akif Abdullayevdir.

Bu barədə Oxu.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Qeyd edək ki, arxada hərəkətdə olan “KİA” markalı avtomobil də “BMW”-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 1993-cü il təvəllüdlü velosipedçi qız  müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

09:51

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan “KİA” markalı avtomobil də “BMW”-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 1993-cü il təvəllüdlü  qız müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri