Avq
2017
11:47
36
178
9901
Virtual karabakh

Əli Həsənovun nəvəsinin vurduğu piyadalar Türkiyəyə göndərildi

9 Avq, 2017
11:47
9901

Əli Həsənovun nəvəsinin vurduğu piyadalar Türkiyəyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Mercedes-Gelandewagen” markalı avtomobillə törədilən qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Ankaradakı xəstəxanaya aparılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a yaralıların müalicə olunduğu xəstəxanın həkimi Lalə Şəkərova məlumat verib.

L.Şəkərova  bildirib ki, onlar iki gün bundan əvvəl öz istəkləri ilə Ankaradakı Belek Sağlamlıq Mərkəzinə (keçmiş Gülhanə xəstəxanası) göndərilib.

O qeyd edib ki, yaralı Mutallib Tekiş reanimasiya şöbəsində idi: “Onun xanımı isə əməliyyat olunmuşdu və səhhəti qaydasında olduğu üçün stasionara buraxılmışdı. Həmin xəstələr bizə 1 saylı Kliniki Tibbi Mərkəzdən gətirilmişdi. Songül Tekişin onurğasının sınması ilə bağlı səsləndirilən fikirlər əsassız idi. O, sadəcə, əməliyyat olunmuşdu. Onların hər ikisinə politramma diaqnozu qoyulmuşdu”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri