Avq
2017
19:06
48
526
17117
Virtual karabakh

“Gelandewagen” qəzasının türkiyəli qurbanları - Əli Həsənov xərci özü çəkəcək

9 Avq, 2017
19:06
17117

“Gelandewagen” qəzasının türkiyəli qurbanları - Əli Həsənov xərci özü çəkəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının vurması nəticəsində ağıq yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var.

Oxu.Az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.

Əldə etdiyimiz özəl məlumata görə, bu prosesdə bütün xərcləri “Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.

Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri