10 
Avq
2017
09:26
6
94
1115
Virtual karabakh

Goranboyda minik avtomobili ilə yük maşını toqquşdu: Ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb.

Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri