10 
Avq
2017
14:41
21
105
7893
Virtual karabakh

Qobustanda özbaşınalıq – VİDEO

10 Avq, 2017
14:41
7893

Qobustanda özbaşınalıq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayonu Qobustan qəsəbəsinin daxili yolunda yerləşən mağazaların qarşısında qanunsuz olaraq yolun hərəkət hissəsinə zibil qabları qoyulub.

Oxu.Az xəbər verir ki, bu barədə qəsəbə sakinləri və sürücülər Avtosfer.az-a şikayət edib.

Əməkdaşımız ərazidə çəkiliş aparan zaman məlum olub ki, həqiqətən də, yolun hərəkət hissəsinə qoyulan zibil qabları sürücülərə hərtərəfli təhlükə yaradır. Qoyulan zibil qablarına iribuynuzlu heyvanlar yığışaraq zibilləri yolun hərəkət hissəsinə dağıdır və zibil qablarını aşırır. 

Təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, zibillər yola tökülüb və iribuynuzlu heyvan yolun hərəkət hissəsini zəbt edib. Sakinlər dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə zəng edib, məktub yazsalar da, bu problem aradan qaldırılmır.

Yazılan məktublardan birinə Qaradağ rayon İcra Hakimiyyətinin verdiyi cavabı təqdim edirik. Həmin cavabla bağlı bir məqamı xatırlatmaq yerinə düşər. Qanunvericilkdə də birbaşa göstərilib ki, yolda heç bir maneə ola bilməz. Maneə yaradan qurum isə məsuliyyət daşıyır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri