11 
Avq
2017
01:10
153
23
2478
Virtual karabakh

Sükan arxasında canlı yayıma görə – XƏBƏRDARLIQ + VİDEO

Saatda 240 km sürətlə hərəkət edən sürücü yol boyu sosial şəbəkələrin birində canlı yayım edir. Son zamanlar insanların bu cür göstəriş istəyi ölümə aparan trendə çevrilib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bir çox məşhur insanların avtomobil sürərkən sosial şəbəkələrdə canlı yayım etməsi başqa insanlarda da buna həvəs yaradır. İndidən sonra isə avtomobil sürərkən canlı yayım edən sürücülər tapılaraq cərimə ediləcəklər.

Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xəbərdarlıq edir ki, hansısa sürücü canlı yayım edərkən zənn etməsin ki, yol polisi onu görmür. Sürücü həmin vaxt cəzalandırılmasa da, sonradan yol polisi onu sosial şəbəkələrdən araşdıraraq cərimələyə bilər.

Vaqif Əsədov artıq 7 belə sürücünün aşkarlanaraq cərimə olunduğunu bildirir.

S.B.
www.oxu.az

Digər Avto-Moto xəbərləri