11 
Avq
2017
11:50
4
81
2379
yuxarı
Bakıda qəza: Ölən var
11 Avq, 2017
11:50
2379
4
81
Bakıda qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 11-də, saat 2:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək