11 
Avq
2017
15:13
17
253
14719
Virtual karabakh

Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan xəbər var

11 Avq, 2017
15:13
14719

Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq "Baku Medical Plaza"ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.

Oxu.Az xəbər verir ki, Ankaradakı Gülhanə Hospitalından sputnik.az-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.

Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri