13 
Avq
2017
09:23
11
420
3289
Virtual karabakh

Şəmkirdə 13 yaşlı qızı avtomobil vuraraq öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri