14 
Avq
2017
13:40
68
29
10509
Virtual karabakh

Diqqət: Bu yol 4 gün bağlı olacaq

14 Avq, 2017
13:40
10509

Diqqət: Bu yol 4 gün bağlı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərə alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri