16 
Avq
2017
08:42
18
181
8483
Virtual karabakh

Lənkəranda ağır qəza: 2 ölü, 5 yaralı – FOTO

16 Avq, 2017
08:42
8483

Lənkəranda ağır qəza: 2 ölü, 5 yaralı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin “VAZ”ın sürücüsü və sərnişini olduğu bildirilir.

Xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü  Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.     

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri