16 
Avq
2017
19:17
30
300
13186
Virtual karabakh

Yasa gedən şəxslər ağır qəzaya düşdülər – ÖLƏNLƏR VAR

16 Avq, 2017
19:17
13186

Yasa gedən şəxslər ağır qəzaya düşdülər – ÖLƏNLƏR VAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində ağır yol qəzası olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. 

Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri