22 
Avq
2017
10:45
149
118
16320
Virtual karabakh

Sürücü yol polisi postunda "ruçnoy" çəkdi – VİDEO

22 Avq, 2017
10:45
16320

Sürücü yol polisi postunda "ruçnoy" çəkdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda hərəkət edən toy karvanındakı avtomobillərdən birinin sürücüsü həbs edilib.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb həmin sürücünün avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır. İşin ən acınacaqlı tərəfi budur ki, sürücü bu hərəkəti iki dəfə və yol polisi postunun ərazisində təkrar edib.

Təqdim olunan videodan da aydın olur ki, hadisə avqustun 20-də, saat 13.29-da baş verib. Bakı-Sumqayıt yolu ilə hərəkət edən toy karvanı üzü Xırdalana tərəf hərəkət edən zaman "VAZ-2106" markalı, 10 ZO 751 dövlət nömrə nişanlı avtomobilin sürücüsü "Ekologiya postu"nun ərazisində sağ-sol manevrlər edərək "avtoş"luq edib.

Bu hadisə o qədər də diqqət çəkmədiyi üçün yola davam edib. Bundan ruhlanan sürücü toy karvanı geri qayıdarkən, saat 16.23-də düz postun ərazisində "ruçnoy" çəkərək əsl şou göstərib. Postun əməkdaşları sürücünün qaçmasına imkan verməyərək, dərhal avtomobili saxlayıblar. Məlum olub ki, "VAZ-2106" markalı, 10 ZO 751 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Hökməli qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü Coşqun Mətləb oğlu Məmmədovdur.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1-ci maddəsinə (avtoxuliqanlıq) əsasən protokol tərtib edilib və iş məhkəməyə göndərilib. İşə Abşeron rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə baxılıb. Məhkəmənin qərarı ilə sürücü bir ay müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, Coşqun Məmmədovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri