22 
Avq
2017
13:03
174
17
7007
Virtual karabakh

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı – VİDEO

22 Avq, 2017
13:03
7007

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, avqustun 18-də Rəşid Behbudov küçəsində vətəndaş Əlişan Qasımovun idarə etdiyi “Daewoo” markalı, 90 PX-543 dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə qərar olduğu üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.

Sürücünü görülən tədbir nəticəsində Xətai rayonu, Nobel prospektində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.

Araşdırma zamanı Ə. Qasımovun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2016-cı il avqustun 10-da başa çatdığı və o vaxtdan avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücü Ə. Qasımov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, 1 ay müddətində inzibati həbs edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri