22 
Avq
2017
14:31
38
208
11179
Virtual karabakh

Ağstafada 15 saniyədə 5 dəfə qayda pozan polis – VİDEO

22 Avq, 2017
14:31
11179

Ağstafada 15 saniyədə 5 dəfə qayda pozan polis – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda qayda-qanunu saymayan polis əməkdaşının görüntüləri kameralara düşüb.

Oxu.Az avtosfer-a istinadən xəbər verir ki, avqustun 15-də Ağstafa rayonunda yerləşən körpünün üzərində hərəkətdə olan 20-DT-074 qeydiyyat nişanlı, "VAZ-2170" markalı avtomobilin sürücüsü sükan arxasında telefonla danışaraq hərəkət sürətini aşıb və 1.1 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozub. 

Sürücü sükan arxasında polis formasında olub və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşıdır.

Ümumilikdə isə həmin sürücü eyni vaxtda 5 qayda pozur:

1) Hərəkət sürətini aşır.
2) Təhlükəsizlik kəmərindən istifadə etmir.
3) Sükan arxasında telefonla danışır.
4) Əks istiqamətə çıxır.
5) Dönmə işığını yandırmır.

Qeyd edək ki, həmin körpüdə həmişə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verdiyinə görə həmin ərazidə hərəkət sürəti azaldılıb və ötmə qadağan olunub. Lakin buna baxmayaraq, polis əməkdaşı həmin qaydalara riayət etmir. Polis buna əməl etmirsə, digər sürücülər necə əməl etsin?!

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri