22 
Avq
2017
20:44
30
83
5856
Virtual karabakh

Sürücülərin diqqətinə: Bu yol təmirə bağlanır

22 Avq, 2017
20:44
5856

Sürücülərin diqqətinə: Bu yol təmirə bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, məhdudlaşdırma yolun “Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.

Sürücülərə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri