11 
Sen
2017
17:39
43
201
10963
Virtual karabakh

Binəqədi şosesi bağlanır

11 Sen, 2017
17:39
10963

Binəqədi şosesi bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır.

"Azəravtoyol"dan Oxu.Az-a verilən məlumata görə, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri