14 
Sen
2017
09:19
10
111
4351
Virtual karabakh

Ziya Bünyadov prospektində qəza – VİDEO

14 Sen, 2017
09:19
4351

Ziya Bünyadov prospektində qəza – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonu ərazisində, Ziya Bünyadov prospektində yerləşən körpünün altındakı dairədə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 20 Yanvar metrostansiyası istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı avtomobil dairədə gözləməyərək, öz yolu ilə gedən "Mercedes"ə çırpılıb.

Zərbənin təsirindən "Mercedes" yol kənarındakı səkiyə çırpılaraq dayanıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrasa da, xəsarət alan olmayıb. Polis əməkdaşları hadisə yerində olublar. Sürücülərin ifadələri alınıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar davam edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri