14 
Sen
2017
17:30
15
382
13793
Virtual karabakh

Yasamalda avtobusun vurduğu qadın öldü – FOTO + YENİLƏNİB

14 Sen, 2017
17:30
13793

Yasamalda avtobusun vurduğu qadın öldü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, "İnşaatçılar" metrostansiyasının qarşısında 39 saylı xətt marşrutu üzrə hərəkət edən 99 XV 274 dövlət nömrə nişanlı, "DAEWO" markalı avtobus dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda olan qadın və 1 yaşlı uşaq xəsarət alıb.

09:48

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" metrostansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metrostansiyanın yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Sürücü hadisə yerindən qaçıb. Hazırda hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri