21 
Sen
2017
10:12
15
199
4078
Virtual karabakh

Bakı metrosunda sıxlıq problemi

21 Sen, 2017
10:12
4078

Bakı metrosunda sıxlıq problemi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni tədris ilinin başlanması ilə sentyabrın 18-dən “Bakı Metropoliteni” qış qrafikinin tətbiqinə başlayıb. 

Oxu.Az xəbərinə görə, qurum bəyan edib ki, qeyd edilən qrafikə əsasən, qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endirilib, xətlərdəki qatarların sayı 30-a çatdırılıb.

Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endirilib. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval 4 dəqiqə müəyyən edilib.

Qatar sayının artırılması və intervalın azaldılmasına baxmayaraq, günün pik saatlarında sərnişinlər sıxlıqdan qatara minməkdə çətinlik çəkirlər. Vəziyyətdən çıxış yolu kimi “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a intervalın azaldılmasının mümkünsüz olduğunu bildirib: “Çünki interval maksimum azaldılıb. Xəttə bundan artıq qatar da buraxa bilmərik. Yəni bu qatar azlığı ilə bağlı da deyil. “28 May” stansiyasında yaşıl və qırmızı xətlərin kəsişməsi intervalı bundan artıq azaltmağa imkan vermir”.

N.Paşayev səhər saatlarında qatarların 4-5 dəqiqəyə qədər gecikməsinə də aydınlıq gətirib:
“Səhər, pik saatlarda “Neftçilər” stansiyasında dalandan bir neçə boş qatarı xəttə buraxırıq. Çünki çox vaxt həmin stansiyaya çatana qədər vaqonlar sərnişinlərlə dolmuş olur. Bu cür dalan metronun “Memar əcəmi” stansiyasında da var. Maksimum dərəcədə sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq”.

Qurum rəsmisi deyib ki, yalnız “Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval “Həzi Aslanov-Ulduz” sahəsində fərqli ola bilər. 

Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur”.
Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur. Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri