22 
Sen
2017
11:05
94
46
5600
Virtual karabakh

İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü: Xəsarət alan var

22 Sen, 2017
11:05
5600

İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü: Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

Məlumata görə, qəzanı törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri