24 
Sen
2017
17:45
22
262
6063
Virtual karabakh

Magistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEO

24 Sen, 2017
17:45
6063

Magistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublika əhəmiyyətli yolda hərəkət edən yük avtomobili sürücüsünün səhlənkarlığı barədə çəkilmiş videogörüntünü izləyicilərdən biri Avtosfer.az-a göndərib.

Oxu.Az-ın məlumatına görə, “Shacman” markalı, 99 DR 071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü daşıdığı qumun yerə dağılmasına əhəmiyyət verməyərək hərəkətini davam etdirirdi.

Bu cür yük daşıma qanunvericiliklə qadağandır. “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinin III hissəsinin 5-ci bəndində qeyd olunub ki, daşınan yük ətraf mühiti çirkləndirməməlidir. Bu qaydanı pozan sürücüləri isə 40 manat məbləğində cərimə gözləyir.

Yük avtomobillərinin sürücülərinə bildiririk ki, bu cür tez dağılan yükləri daşıyan zaman onların yerə dağılmamasına xüsusi nəzarət etməlidirlər. Çünki bu cür məsuliyyətsizlik ətraf mühiti çirkləndirməkdən əlavə, həm də ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri