Okt
2017
10:33
12
79
2256
Virtual karabakh

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəzaya düşdü

9 Okt, 2017
10:33
2256

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəzaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “Azneft” dairəsi yaxınlığında qeydə alınıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobil Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mitsubishi”ni idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri