Okt
2017
15:24
35
176
3336
Virtual karabakh

Binəqədi şosesi yenidən təmir olunacaq

9 Okt, 2017
15:24
3336

Binəqədi şosesi yenidən təmir olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi şosesində yaxın günlərdə “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək. 

“Azəravtoyol”dan Oxu.Az-a verilən xəbərə görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.

Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədilə yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib. Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə, yolda tam müasir yol infrastrukturu yaradılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri