10 
Okt
2017
09:28
5
90
2331
Virtual karabakh

Şamaxıda mikroavtobus qəzaya düşdü: Xəsarət alanlar var – FOTO

10 Okt, 2017
09:28
2331

Şamaxıda mikroavtobus qəzaya düşdü: Xəsarət alanlar var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı, “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı, “Mersedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini, 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib.

Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusda 20 sərnişinin olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri